Ukrayna Qərb tərəfdaşlarının iştirakı ilə mühüm danışıqlara hazırlaşır. Amma ərazilərdən imtina edilməsi qəti şəkildə istisnadır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.
“Volodimir Zelenskinin istəyidir ki, hərbi əməliyyatlar mümkün qədər tez, ən yaxşı halda qışa qədər dayandırılsın. Mən də Prezident Ofisinin rəhbəri kimi Zelenskinin qarşıya qoyduğu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəm”, – deyə Budanov vurğulayıb.
Onun sözlərinə görə, bu, vaxtında irəli sürülən, yaxşı düşünülən və real məqsəddir.
Əliyar Xəlil