ABŞ-ın keçmiş prezidenti Co Bayden ömrünün sonuna qədər xərçənglə yaşayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Cill Bayden “NBC”yə açıqlama verib.
“Xərçəng artıq onun sümüklərinə yayılıb”, – deyə o bildirib.
Cill Bayden əlavə edib ki, keçmiş prezident ümumilikdə özünü yaxşı saxlayır.
Qeyd edək ki, Co Baydenə 2025-ci ilin may ayında prostat xərçəngi diaqnozu qoyulub.
Əliyar Xəlil
Globalinfo.az