ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması bütün regional cəbhələri əhatə edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İran və ABŞ arasında atəşkəs birmənalı şəkildə bütün cəbhələri, o cümlədən Livanı əhatə edir.
Əraqçi qeyd edib ki, razılaşmanın istənilən istiqamətdə pozulması ümumi atəşkəsin pozulması hesab olunacaq: “Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.
O əlavə edib ki, mümkün nəticələrə görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşəcək.