“Ukrayna ilə sərhəddə qəzaya uğrayan dron Rusiyaya məxsus olub”.
Globalinfo.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikușor Dan deyib.
Onun sözlərinə görə, Rumıniya mütəxəssislərinin hazırladığı texniki hesabat dronun Rusiya istehsalı olduğunu təsdiqləyib.
“Bu, texniki ekspertizanın birmənalı nəticəsidir. Araşdırma zamanı əldə olunan sübutlar bunu göstərir”, – deyə Dan bildirib.
O qeyd edib ki, tapılan qalıqların üzərində kiril əlifbası ilə yazılar aşkarlanıb.
Bundan başqa, detallar daha əvvəl Rumıniya ərazisində tapılan və Rusiya istehsalı olduğu təsdiqlənən “Geran-2” pilotsuz uçuş aparatlarının hissələri ilə tam üst-üstə düşür.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rumıniya ərazisinə düşən dronun mənsubiyyətinin ekspertiza aparılmadan müəyyən edilə bilməyəcəyini demişdi.
Putin Rusiyanın hadisənin obyektiv araşdırılmasına hazır olduğunu və qalıqlar təqdim ediləcəyi təqdirdə onlara qiymət verəcəyini vurğulamışdı.
Əliyar Xəlil
Globalinfo.az