ABŞ-ın keçmiş prezidenti Barak Obama dövrünə aid rəsmi “Instagram” hesabı haker hücumuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.
Bildirilib ki, bazar günü “obamawhitehouse” hesabında şübhəli paylaşımlar ortaya çıxıb.
Daha sonra bunun haker işi olduğu müəyyən edilib.
Hesabda süni intellektlə hazırlanmış görüntülər və fars dilində “Ağ Ev şiələrin nəzarəti altındadır” məzmunlu yazılar paylaşılıb.
Meta şirkətinin nümayəndəsi hesabın həqiqətən də sındırıldığını təsdiqləyib.
Məlumata görə, artıq hesaba nəzarət bərpa olunub və icazəsiz paylaşımlar silinib.
“Hadisə Barak Obamanın şəxsi hesabında deyil, onun prezidentliyi dövründə istifadə olunan rəsmi Ağ Ev hesabında baş verib. Həmin səhifədə son paylaşım 20 yanvar 2017-ci ildə — Obamanın prezidentliyinin son günündə edilib. Hakerin kimliyi isə hələlik məlum deyil”, – deyə yazılıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trumpın sosial şəbəkə hesabının hakerlər tərəfindən ələ keçirildiyi və orada saxta görüntülərin paylaşıldığı bildirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az