Ekran Resmi 2026 05 31 11.20.36

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda ilanı vurmaq istəyən şəxsin açdığı atəş nəticəsində 5 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, hadisə rayonun Üstüntaş məhəlləsində baş verib.

“56 yaşlı H.Ö. evində gördüyü ilanı məhv etmək üçün lisenziyalı ov tüfəngindən istifadə edib.

Açılan atəş zamanı yaxınlıqda olan 59 yaşlı R.Ö., 31 yaşlı E.Y., həmçinin 4 yaşlı Y.B., 4 yaşlı M.S.Y. və 6 yaşlı F.E. tüfəngdən yayılan qəlpələr və sıçrayan daş parçaları səbəbindən yüngül xəsarət alıblar”, – deyə qeyd olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: