“NATO ölkələrinin bir sıra hərbi mütəxəssisləri Ukrayna hərbçiləri ilə birlikdə gizli yeraltı mərkəzlərdə fəaliyyət göstərirlər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın keçmiş kəşfiyyat zabiti və hərbi analitik Skott Ritter çıxış edib.
O bildirib ki, bu şəxslərin Ukraynanı tərk etməsi Kiyev üçün ciddi nəticələrə səbəb ola bilər.
“Bütöv NATO və ABŞ qrupları” Ukrayna ordusu ilə yeraltı qərargahlarda işləyir. Bu vəziyyət gələcəkdə təhlükəli ssenarilər yarada bilər.
Əgər amerikalı hərbi mütəxəssislərin olduğu yeraltı mərkəzlərdən biri Rusiyanın zərbəsinə məruz qalsa, onların həlak olması mümkündür. Belə bir hadisə baş verərsə, hamı batan gəmini tərk etməyə çalışacaq və ukraynalılar tək qalacaqlar”, – deyə hərbi analitik bildirib.
Qeyd edək ki, S.Ritter son illərdə Rusiya–Ukrayna müharibəsi ilə bağlı çıxışları və NATO barədə sərt açıqlamaları ilə tez-tez gündəmə gəlir. Onun səsləndirdiyi fikirlər rəsmi NATO və ya Ukrayna tərəfi tərəfindən təsdiqlənməyib.
Əliyar Xəlil
Globalinfo.az