Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini məsləhələtləşmək üçün Moskvaya çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığına zərər vurduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Aİİ liderlərinin sonuncu görüşündə iştirak etməyib. Paşinyan bunu seçkilərə hazırlaşması ilə əsaslandırıb.
Əliyar Xəlil
Globalinfo.az