5235637448648367682

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tehranın ölkədə artan nüfuzu ilə bağlı Hudson İnstitutunun hesabatının həmmüəllifi Giorgi Kandelakini xəyanətdə günahlandırıb.

Globalinfo.az xəbər verir ki, Kobaxidze bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Vaşinqtonda təqdim olunan hesabatın nəticələrini sərt tənqid edərək, Gürcüstanla İran arasında ikitərəfli ticarət əlaqələrinin vacibliyini vurğulayıb.

Baş nazirin açıqlamasından sonra hakim “Gürcü Arzusu” partiyasının digər nümayəndələri də oxşar ittihamlarla çıxış edərək Kandelakinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: