Milli Məclisin sabiq deputatı Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Əlaqəli xəbər
İrəvanda çempion olan türk idmançılar Bakıya gəlir
Sərəncamla Rauf Asif oğlu Əliyev bu mükafata ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 27-də R.Əliyevin 70 yaşı tamam olur.