“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusdan hücum planlaşdırıldığı iddiası əsassızdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Junge Welt” jurnalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Zelenski açıqlamaları ilə gərginliyi alovlandırır:
“O, çıxışlarını dəstəkləmək üçün heç bir dəlil təqdim etməyib”.
Nəşrin müəllifləri bildiriblər ki, hətta Ukrayna sərhədçiləri belə hücuma hazırlıq əlamətləri barədə məlumat verməyiblər.
Onlar həmçinin heç bir qoşun hərəkəti qeydə almayıblar.
Xatırladaq ki, mayın 20-də Ukrayna lideri ölkəsinin Rusiya Silahlı Qüvvələrinin Belarus ərazisindən mümkün hücumuna cavab hazırladığını elan edib.
Xüsusilə, hakimiyyət Çerniqov-Kiyev istiqamətində qoşunların sayını artırmaq qərarına gəlib.
Bundan əlavə, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Belarus rəhbərliyinə diplomatik təsir göstərmək üçün əlavə tədbirlər hazırlamağı tapşırıb.
Əliyar Xəlil
Globalinfo.az