outinn

Xəbər verdiyimiz kimi, mayın 24-nə keçən gecə Rusiya növbəti dəfə Ukrayna ərazisinə kütləvi raket və PUA zərbələri endirib. Bu raketlərin arasında məşhur və Kreml təbliğatının, şəxsən Prezident Vladimir Putinin təriflədiyi orta mənzilli ballistik “Oreşnik” raketi də var. Müxtəlif hesablamalara görə, belə bir raketin buraxılışının dəyəri təxminən 100 milyon dollar civarındadır. Lakin mütəxəssislər, hətta rusiyalı müşahidəçilər də Moskvanın nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu bahalı raketi mənasız yerə sərf etdiyini qeyd edirlər.

Rusiyanın belə bir raketdən istifadə etməkdə məqsədi nədir?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, “Oreşnik” raketlərinin iki modifikasiyası mövcuddur:

“Onların qiyməti 40-60 milyon dollar arasında dəyişir. Bu raketlər strateji hədəflərə dağıdıcı zərbələr endirmək və nüvə başlığı daşımaq üçün nəzərdə tutulub. Rusiyanın bu raketlərdən istifadə etməsi isə onun Ukraynanın son aylarda reallaşdırdığı hücumlarına cavab verməyə çalışdığını göstərir. Bu, eyni zamanda Rusiyanın digər raket sistemlərinin Ukraynanın müqavimətini qırmaqda yetərli olmadığını ortaya qoyur”.

edalet 1681289097

Ədalət Verdiyev

Ekspert bildirib ki, belə bahalı raketlərin mülki infrastruktura qarşı istifadəsi Rusiyanın işğalçılıq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“Bununla yanaşı, “Oreşnik”in tətbiqi Rusiyaya əməliyyat teatrında ciddi üstünlük qazandırmır. Əksinə, bu raketlə zərbələrdən sonra Ukraynanın cavab hücumları daha da intensivləşə bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: