ABŞ-ın Minnesota ştatındakı Harmoni şəhəri əhalisini artırmaq və boş evləri yenidən istifadəyə vermək üçün yeni proqrama başlayıb.
Globalinfo.az xəbər verir ki, təxminən 1000 nəfərin yaşadığı kiçik ərazidəki yeni evlər tikənlərə və ya köhnəlmiş tikililəri təmir edənlərə 20 min dollara qədər pul ödəniləcək.
Proqram şəhərin iqtisadi inkişaf agentliyi tərəfindən idarə olunur.
Təqdim olunan dəstəyin miqdarı layihənin həcmindən asılı olaraq dəyişir. Şəhərdə yeni evlər tikən və ya ciddi şəkildə zədələnmiş köhnə binaları təmir edən şəxslər müəyyən edilmiş şərtlərə cavab verərsə, minlərlə dollar geri ödəmə ala bilərlər. Maksimum dəstək məbləği 20 min dollara çatır.
Qeyd edək ki, ABŞ-da son illərdə bir çox kiçik şəhərlərdə böyük şəhərlərə miqrasiya səbəbindən əhali azalmağa başlayıb.
Tahir Turan
Globalinfo.az