ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Tramp bildirib ki, Vaşinqton Tehranla yekun razılaşma imzalanana qədər tətbiq olunan dəniz blokadasını qüvvədə saxlayacaq.
ABŞ lideri “Truth Social” platformasında paylaşdığı mesajda qeyd edib ki, razılaşma tam təsdiqlənib imzalanana qədər heç bir məhdudiyyət aradan qaldırılmayacaq.
“ABŞ tarixində bağlanmış ən pis sazişlərdən biri Barak Obama və onun administrasiyası tərəfindən imzalanan İranla nüvə razılaşması olub. Bu, İranın nüvə silahı hazırlamasına aparan birbaşa yol idi. Hazırda Tramp Administrasiyası tərəfindən İranla barəsində danışıqları aparılan razılaşma isə belə deyil, tam əksidir. Danışıqlar konstruktiv şəkildə davam edir və mən nümayəndələrimə tələsməməyi tapşırmışam, çünki vaxt bizim tərəfimizdədir. Hər iki tərəf vaxt ayırmalı və prosesi düzgün şəkildə tamamlamalıdır. Heç bir səhvə yer yoxdur”, – Tramp vurğulayıb.
Tahir Turan
Globalinfo.az