Salahov

Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun məzarüstü abidəsi qoyulub. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı, rəssam və heykəltəraş Aydan Salahova özünün sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın Xalq Rəssamı Tahir Teymur oğlu Salahovun vəfatının ildönümündə onun məzarüstü abidəsi açılıb. Abidənin müəllifi bacım Alagöz Salahovadır. O, çox səy göstərdi, amma təəssüf ki, işinin nəticəsini görmədən dünyasını dəyişdi. Abidə Tahir Salahovun Azərbaycana həsr olunmuş “Odlar yurdu” monumental triptixi əsasında qurulub. Xəzər dənizinin təcəssümü olan bürünc elementlər sanki rəsmdən aşağı enir”, – o qeyd edib.

Qeyd edək ki, Tahir Salahov 2021-ci il mayın 21-də vəfat edib. O, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub. Tahir Salahovun qızı, aktrisa və rəssam Alagöz Salahova isə 2023-cü ildə Bakıda vəfat edib.

702905661 36273894152195735 3511327744508548218 n
703381481 36273899292195221 5982459122770510695 n
702831262 36273899185528565 1393049702751123377 n

Paylaş: