aqil abbas 1

“Mən də “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Bu uşağı böyüdürsən, dünyanın hansı yerində olursa-olsun “uşaqpulu” verilməlidir”.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas deyib.

O deyib ki, Azərbaycan hökuməti “uşaqpulu”nu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir:

“Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, az təminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar.

Amma mən “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, vəssalam”.

Paylaş: