“İran sülh razılaşmasına razı olmazsa, ABŞ Tehrana hücumları davam etdirməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Lakin o bildirib ki, cavab almaq üçün bir neçə gün daha gözləməyə hazırdır.
Bununla belə, Tramp vəziyyətin tez bir zamanda pisləşə biləcəyini söyləyib:
“İranla inkişafını son mərhələsindəyik. Görək nə olacaq. Ya razılaşma əldə edəcəyik, ya da bir az xoşagəlməz şeylər olacaq. Amma ümid edirəm ki, bu baş verməz”.
Tehran da öz növbəsində ABŞ-ı hücumların bərpası ilə bağlı xəbərdar edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında deyilir: “Əgər İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə müharibə regionun sərhədlərindən kənara çıxacaq”.
Əliyar Xəlil
Globalinfo.az