Gürcüstandan Ermənistana qədər uzanacaq “Putin yolu” adlı logistika dəhlizi layihəsi təqdim edilib.
Globalinfo.az xəbər verir ki, bunu Moskvada keçirilən konfrans zamanı Rusiya Rabitə İnkişafı İnstitutunun direktoru Vladislav Qasumyanov bildirib.
O qeyd edib ki, layihə regionda Qərbin təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və logistika marşrutlarına alternativ kimi nəzərdə tutulur.
Qasumyanovun sözlərinə görə, yeni dəhliz Rusiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edə bilər.
Qeyd edək ki, Moskvanın “Putin yolu”nu TRİPP layihəsinə – “Tramp yolu”na alternativ kimi irəli sürdüyü ehtimal edilir. Sözügedən layihəni Kremlin “Zəngəzur dəhlizi” hesab etmək olar.
Tahir Turan
Globalinfo.az