israil

İsrail xarici işlər naziri Gideon Saar və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir arasında sosial şəbəkədə qalmaqal yaranıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Qəzzaya gedən “Sumud” donanmasında saxlanılan Fələstin fəalları ilə bağlı yayılan video olub.

Kadrlarda fəalların diz çökdürülərək İsrail himnini dinləməyə məcbur edildiyi görünür. Saar bu görüntüləri “rüsvayçılıq” adlandıraraq Ben-Qviri ölkənin imicinə zərər vurmaqda ittiham edib.

Ben-Qvir isə cavabında HƏMAS tərəfdarlarına qarşı sərt davranışın davam edəcəyini bildirib.

İsrail tərəfi mayın 19-da Qəzzaya doğru hərəkət edən gəmilərin açıq dənizdə saxlanıldığını və 430 nəfərin ölkəyə gətirildiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: