screenshot 6

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın qadınlardan ibarət U-19 millisinin yarımmüdafiəçisi Aysu Əsədovanı 3 oyunluq cəzalandırıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb onun Gürcüstana qarşı keçirilən matçda rəqib oyunçuya hücum etməsidir.

Aprelin 17-də baş tutan oyunda A.Əsədova sözügedən hərəkətinə görə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Azərbaycan millisi Gürcüstanla qarşılaşmada 1:4 hesabı ilə uduzub.

aysuu1

Paylaş: