ABŞ Prezidenti Donald Tramp Suriya lideri Əhməd əl-Şaraya daha iki şüşə ətir göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Ağ Ev rəhbəri ətirləri “Tükənər deyə yenisini göndərdim” qeydi ilə yollayıb.
Şara isə hədiyyələri sosial şəbəkədə paylaşaraq ABŞ Prezidentinə təşəkkür edib:
“Bəzi görüşlər iz buraxır, bizim görüş isə görünür, xoş qoxu buraxıb”.
Trampın göndərdiyi məktub da diqqət çəkib. O, qeyddə “Sənə verdiyim ətirlə çəkdirdiyimiz şəkildən hamı danışır” sözlərini yazıb.
Ağ Evdəki görüş zamanı çəkilən görüntülər daha əvvəl sosial şəbəkələrdə viral olmuşdu.
Kadrlarda Trampın Şaranın üzərinə ətir sıxdığı və məhsulu təriflədiyi görünürdü.
O, ikinci şüşənin Şaranın həyat yoldaşı üçün olduğunu deyərək zarafatla “Neçə həyat yoldaşınız var?” sualını vermişdi. Şara isə gülümsəyərək “Bir dənə” cavabını vermişdi.
Əliyar Xəlil
Globalinfo.az