Kuba ABŞ-a xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Miguel Diaz-Kanel “X” səhifəsində paylaşım edib.
O bildirib ki, əgər ABŞ adaya qarşı hərbi əməliyyat başlatsa, nəticələri qiymətləndirilə bilməyən qanlı bir hadisə baş verər.
“Kuba heç bir təhlükə yaratmır və heç bir ölkəyə qarşı aqressiv planları və ya niyyətləri yoxdur. Onun ABŞ-a qarşı məqsədi yoxdur və heç vaxt olmayıb”, – deyə Diaz-Kanel yazıb.
Daha əvvəl “Politico” jurnalı mənbələrə istinadən Tramp administrasiyasının Kubaya qarşı uğursuz sanksiya siyasətinə görə ona hərbi hücum etməyi düşündüyünü bildirib.
Tahir Turan
Globalinfo.az