c0d7f78d0bf199194d5e935aab9824f2 5035615

“Bakıda keçirilən beynəlxalq forum dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrinin diqqətindədir. “Euronews” televiziyasının cənab Prezident İlham Əliyevdən müsahibə götürməsi ölkəmizin yüksək nüfuzunu, ölkə başçısının dünyada gedən proseslərə, o cümlədən enerji təhlükəsizliyi və şəhərsalma məsələlərinə verdiyi töhfəni göstərir”.

Bu sözləri Globalinfo.az-a deputat Aydın Mirzəzadə Prezident İlham Əliyevin mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibəni şərh edərkən deyib.

Deputat bildirib ki, cənab Prezident çox aydın şəkildə Azərbaycanın Ermənistanın işğalına məruz qaldıqdan sonra yaranmış vəziyyət barədə məlumat verdi:

“Prezident işğaldan azad edilən ərazilərin faktiki olaraq sıfırdan yenidən qurulduğunu dedi. İlk növbədə kommunikasiya xətlərinin bərpa edilməsi və şəhərsalma məsələlərinin yüksək səviyyədə həll olunması diqqətə çatdırıldı.

Qısa zamanda Qarabağa 85 min insan geri qaytarılıb. Bu rəqəm günü-gündən artmaqdadır. Eyni zamanda cənab Prezidentin enerji təhlükəsizliyinə dair fikirləri də maraq doğurur. Azərbaycan bu gün dünyanın 16 ölkəsinə boru xətləri vasitəsilə qaz ixrac edir. Boru xətləri ilə qaz ixracı məsələsində ölkəmiz dünyada birinci yerdədir. Avropanın 12 ölkəsi Azərbaycandan qaz alır. Azərbaycana müraciət edən ölkələrin sayı durmadan artır.

aydin 17
Aydın Mirzəzadə

Ölkəmizin bu gün Avropa enerji siyasətində aktiv rolu vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən Bakı–Tbilisi–Ceyhan neft kəməri marşrutu ilə bağlı verilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir. Prezident İlham Əliyev həmçinin əməkdaşlıq və təcrübə mübadiləsinin nə qədər əhəmiyyət daşıdığını da vurğulayıb.

Bir sözlə, dövlət başçısının müsahibəsi Azərbaycanın öz resursları hesabına daxili problemləri həll etdiyini və beynəlxalq birliyin qarşısında duran məsələlərin həllində aktiv mövqe sərgilədiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: