WhatsApp Image 2023 03 13 at 14.41.22

Rusiyalı oliqarx Aleksey İsaikinin Almaniyada 400 min avro parkinq borcunun olduğu üzə çıxıb.

Globalinfo.az-ın məlumatına görə, rus oliqarxa aid “Boeing 747” yük təyyarəsi keçən ilin mart ayından indiyə kimi hava limanının parkinqində dayanıb. Buna səbəb isə, rus oliqarxın adının Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Qərbin sanksiya siyahısında olmasıdır.

Hava limanından verilən açıqlamada qeyd olunur ki, təyyarənin bir günlük parkinq haqqı 1200 avro təşkil edir.

“Hazırda təyyarənin sahibi, Rusiya vətəndaşı Aleksey İsaikin hava limanına 400 min avroya yaxın parkinq borcu var” – deyə, Reynland-Pfalts hava limanından verilən məlumatda vurğulanır.

Hava limanı məbləğin növbəti üç ay ərzində ödənməyəcəyi təqdirdə, məhkəməyə müraciət etməyi düşünür.

Məlumat üçün bildirək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb ölkələri və Amerika Birləşmiş Ştatları Rusiya vətəndaşı olan oliqarxlara qarşı sanksiya tətbiq edib. Onların arasında həmyerlimiz Fərhad Əhmədov da var. Onun 115 metrlik lüks yaxtası hazırda Almaniyanın Hamburq şəhər limanında saxlanılır.

Ayşən Mustafa

Globalinfo.az

Paylaş: