2 56

Avropada sərhəd anlayışı demək olar ki, artıq formal xarakter daşıyır. Bir çox ölkələr arasında tikanlı məftillərə, sərhəd divarlarına rast gəlinmir. Xüsusilə Şengen zonasına daxil olan dövlətlər arasında sərhəd postlarının böyük hissəsi ləğv edilib. Bu da həm turistlərin rahat hərəkət etməsinə, həm də vətəndaşların bir ölkədən digərinə sərbəst keçidinə imkan yaradır.

Təqdim etdiyimiz videoda gənc qadın Avropada sərhəd anlayışının nə qədər şərti olduğunu nümayiş etdirir. O, sadəcə bir addım atmaqla Almaniyadan Niderlanda, oradan isə Belçikaya keçir.

Avropada sərhəd anlayışını aradan qaldıran başqa faktlar da var. Məsələn, Bazel aeroportu kimi tanınan hava limanını qeyd etmək olar. Söhbət rəsmi adı Bazel-Müluz-Frayburq Hava Limanı (EuroAirport) olan və Fransa ərazisində, Sen-Lui şəhəri yaxınlığında yerləşən unikal beynəlxalq hava limanından gedir. Bu hava limanı eyni anda üç ölkəyə – İsveçrə, Fransa və Almaniyaya xidmət göstərən dünyada yeganə hava limanı hesab olunur.

Videonu təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от buse (@thebuseclub)

Globalinfo.az

Paylaş: