Müxalifət 26 mayda “xarici sifariş”lə aksiya, hətta çevrilişə cəhd planı hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O qeyd edib ki, Müstəqillik Günündə müxalifətin etiraz aksiyası xarici kuratorlara hesabat vermək üçün təşkil edilib. Onun sözlərinə görə, görüşün məqsədi sadəcə beynəlxalq dəstək alacaq insanların sayını göstərməkdir.
Papuaşvili iştirakçıları marginallıqda və Gürcüstanın milli dəyərlərindən uzaqlaşmaqda günahlandırıb. Daha əvvəl müxalifət lideri Nika Qvaramiy küçələrə kütləvi çıxış çağırışı edərək, aksiyaların miqyasının həm ölkə daxilində, həm də xaricdə qiymətləndiriləcəyini qeyd edib.
Tahir Turan
Globalinfo.az