Ukrayna ilk idarə olunan hava bombasını hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mixaylo Fedorov deyib.
Onun sözlərinə görə, layihənin hazırlanması 17 ay çəkib:
“Sursat ukraynalı mühəndislər tərəfindən “Brave1″ layihəsinin bir hissəsi olaraq yaradılıb. Bomba artıq sınaqdan keçirilib və döyüş istifadəsinə hazırdır.
“Bu, Qərb və ya Sovet texnologiyasının surəti deyil. Ukraynalı mühəndislərin düşmənin istehkamlarını, komanda məntəqələrini və onlarla kilometr dərinlikdəki hədəfləri vurmaq üçün hazırladığı xüsusi silahdır”.
Nazir qeyd edib ki, bombanın mənzili onlarla kilometr, döyüş başlığı isə 250 kiloqramdır:
“Ukrayna Müdafiə Nazirliyi artıq ilk eksperimental partiyanı əldə edib. Pilotlar hazırda döyüş ssenarilərini tətbiq edir və yeni silahı real münaqişə şəraitinə uyğunlaşdırırlar”.
Əliyar Xəlil
Globalinfo.az