1712855652 alexander stubb 900x600 1

Prezident Aleksandr Stubb Finlandiya hava məkanında PUA-ların görünməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, hər hansı təhlükənin olmadığını deyib.

“Finlandiyaya birbaşa hərbi təhdid yoxdur”, – Stubb yazıb.

Qeyd edək ki, Finlandiya hakimiyyəti mayın 15-i səhər saatlarında hava məkanında dronların olması barədə məlumatlar alıb. Təhlükənin dərhal aradan qaldırıldığı bildirilib.

Lakin paytaxt hava limanında bir neçə səhər uçuşu ləğv edilib və ya yenidən planlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl bir neçə Ukrayna pilotsuz təyyarəsi Finlandiyanın hava məkanını pozmuş, onlardan biri Kouvola yaxınlığında qəzaya uğramışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: