Böyük Britaniya Rusiya ilə əlaqəli 85 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu tədbirlər ölkənin Moskvaya qarşı indiyə qədər tətbiq etdiyi ən sərt tədbirlərdən bəzilərini təmsil edir . Bəyanatda deyilir:
“Bu son sanksiya paketi zərərli informasiya müharibəsi kampaniyalarının qarşısını almağa yönəlib”.
London Sosial Layihələr Agentliyi (SPA) ilə əməkdaşlıq edən 49 şəxsə — müəlliflərə, tərcüməçilərə və videoqraflara sanksiyalar tətbiq edilib. Məlumata görə, agentlik Böyük Britaniyanın “yanlış təbliğat” kimi xarakterizə etdiyi kampaniyalar aparmaq üçün Rusiya hökuməti tərəfindən maliyyələşdirilib.
Daha əvvəl bildirilmişdi ki, Naximov Hərbi Dəniz Məktəbi və Orlyonok uşaq düşərgəsi Aİ-nin yeni sanksiyalarına məruz qalıb. Yevpatoriyadakı “Qırmızı Yelkənlər” Ümumrusiya Uşaq Mərkəzi də sanksiyalar siyahısına əlavə edilib.
Tahir Turan
Globalinfo.az