tramp iran

İran ABŞ tərəfindən uranın ölkədən çıxarılmasına razılıq verib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

İran nüvə tozunu ölkədən çıxarmağımıza razılaşdı. Ancaq bildirildi ki, bunu ABŞ özü etməlidir. Zənginləşdirilmiş uranı ölkədən ancaq ABŞ və Çin çıxarda bilər. Çünki obyektlər yerlə-yeksan edilib”, – deyə ABŞ lideri bildirib.

Tramp ABŞ-ın “nüvə tozunu” çıxarmaq üçün İrana necə daxil olacağını hələ düşünmədiyini söyləyib. O əlavə edib ki, bu məsələ gələcək danışıqlar yolu ilə həllini tapacaq.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: