Hörmüz boğazında artan gərginlik pik həddə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazında son saat ərzində ABŞ və İran silahlı qüvvələri arasında bir neçə insident baş verib.
Hələlik toqquşmaların xarakteri, mümkün dağıntılar və ya itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.
Bundan əvvəl “Mehr” agentliyi İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Sirik bölgəsində, Hörmüz boğazı yaxınlığında yeni partlayışların baş verdiyini yazıb.
Əliyar Xəlil