netanyahu 900x407 1

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin iclasında A və B zonalarında yaşayış məntəqələrinin salınmasına qarşı olduğunu deyib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, bu addımlar Avropa ölkələrinin sanksiyalarına səbəb ola bilər:

“Avropalılar buna görə bizə sanksiyalar tətbiq edə bilərlər. Biz yaşayış məntəqələrini genişləndiririk. Amma A və B zonalarında bunu etməyin mənası yoxdur” – deyə Netanyahu vurğulayıb.

İclas zamanı Mərkəzi Dairənin komandanı Avi Blot qeyd edib ki, onlar gənclərə dəstək vermək və fəaliyyətlərinə legitimlik qazandırmaq üçün həmin əraziyə gedirlər.

Qeyd edək ki, İordan çayının qərb sahilinin A, B və C zonalarına bölünməsi 1995-ci ildə imzalanan ikinci Oslo sazişi çərçivəsində həyata keçirilib. Bu bölgü müvəqqəti inzibati və hərbi nəzarət sistemi kimi nəzərdə tutulsa da, indiyədək qüvvədə qalır. A və B zonaları tam və ya qismən Fələstin Administrasiyasının nəzarətindədir, C zonasına isə bütünlüklə  İsrail nəzarət edir.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: