hizbullah 900x487 1

İsrail Müdafiə Qüvvələri Livanda “Hizbullah” hərəkatının 2 mindən çox silahlı üzvünü zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“‘Şir nəriltisi’ əməliyyatının başlanmasından bu yana ‘Hizbullah’ın 2 mindən çox terrorçusu məhv edilib. Hərəkatı darmadağın etmək üçün hər fürsətdən yararlanacağıq”, – deyə İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

O, həmçinin qeyd edib ki, İsrail ordusu ölkənin şimal bölgələrində yaşayan sakinlərin təhlükəsizliyi tam təmin olunana qədər Livanın cənubunda düşmənin aşkarlanması və terror infrastrukturunun məhv edilməsi missiyasını davam etdirəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: