ricard gir

Hollivud aktyoru Riçard Girin Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacağı barədə məlumat vermişdik.

Globalinfo.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O mayın 21-də Azərbaycanın paytaxtında nümayiş olunacaq özünün “Heç kimin görmək istəmədiyi şey” adlı sənədli filminin mövzusu barədə danışıb.

Lakin Oxu.Az-ın əldə etdiyi məlumata görə, Riçard Gir özü forumun tədbirlərində iştirak etməyəcək. Qeyd olunub ki, dünyaca məşhur aktyorun Azərbaycana səfəri gözlənilmir.

Paylaş: