69f9d57d942de69f9d57d942df177798079769f9d57d942db69f9d57d942dd 3

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun qardaşı Qadir Abıyev vəfat edib.

Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:

“Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq qardaşım bu gün vəfat etdi”.

Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.

69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 14

Paylaş: