Xalq artisti Nazpəri Dostəliyeva mərhum Xalq artisti İlhamə Quliyeva ilə qalmaqallarının səbəbini açıqlayıb.
Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda “Zarafat bir yana” proqramında bəhs edən müğənni hər şeyin Xalq artisti Faiq Ağayevin toyunda başladığını bildirib:
“İlhamə Quliyeva vəfat edəndən sonra onun haqqında bir kəlmə deməmişəm. Mənə çox əziyyətlər verib.
Hər şey Faiq Ağayevin toyunda başladı. “Gülüstan” sarayında toy idi, gec gəldim. Mikrofon İlhamə xanımın əlində idi. Bəy və gəlin oynayırdı, mən də oynamağa başladım. Faiq də mikrofonu alıb verdi mənə ki, toy bitir oxu. Mən oxudum və onun xoşuna gəlmədi. O vaxtdan baltalamağa başladı. Onu vəfat edəndən sonra bağışladım. Cavabını Allaha versin”.