Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ-ın qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarını şərh etməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, o, enerji təhlükəsizliyindən sonra ikinci mövzunun hərbi təhlükəsizlik olacağını bildirib.
Von der Leyen Avropa İttifaqının (Aİ) müdafiə və təhlükəsizlik sahəsində daha çox müstəqilliyə ehtiyacı olduğunu vurğulayıb.
ABŞ hərbi qüvvələrinin Almaniyadan çıxarılması ilə bağlı suallara cavab olaraq, Avropa Komissiyasının rəhbəri başını tərpədib və Ermənistanda keçirilən sammitə yollanıb.
Qeyd edək ki, aprelin 30-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Almaniyadakı Amerika hərbi kontingentini azalda biləcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az