iran inqilab

İranda “İnternet Pro” və hazırkı məhdudiyyətlər tamamilə müvəqqətidir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti ofisinə istinadən “Fars” xəbər agentliyi məlumat yayıb.

“Milli Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilən “İnternet Pro” layihəsi qlobal internetə zəruri çıxış üçün sadəcə müvəqqəti bir üsuldur. Pezeşkian insanların beynəlxalq internetə çıxışının məhdudlaşdırılmasının qəti şəkildə əleyhinədir, lakin müharibə şəraitində ixtisaslaşmış qurumlar hesab edirlər ki, internetin açılmaması risklərlə bağlıdır”, – məlumatda bildirilib.

Qeyd edək ki, İranda internet məhdudiyyətləri 2025-ci il dekabrın 28-də kütləvi etiraz və iğtişaşlara görə tətbiq olunub. Son etirazların müxtəlif ərazilərdə aprelə qədər davam etdiyi qeyd olunub. 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana hücumları başladığından bu məhdudiyyətlər aradan qaldırılmayıb.

Paylaş: