İran hökuməti Hörmüz boğazından keçidlə bağlı yeni qaydaları rəsmiləşdirən qanun layihəsi hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Spectator” məlumat yayıb.
Bildirilib ki, layihədə dörd vacib məqam var.
1. Bütün gəmilər Hörmüz boğazından keçmək üçün icazə almadan əvvəl İran rialı ilə ödəniş etməlidirlər.
2. Bütün razılaşmalarda “Britaniya körfəzi” əvəzinə “Fars körfəzi” termininin istifadəsi tələb olunacaq.
3. Təxminən iki aydır davam edən müharibədə iştirak edən ölkələrin gəmiləri tranzit haqqını ödəməli olacaqlar. Bundan əlavə, onlar əlavə kompensasiya da verəcəklər.
4. İsraillə əlaqəli gəmilərin, eləcə də İrana sanksiyalar tətbiq edən ölkələrin və Amerika hərbi gəmilərinin keçidi tamamilə qadağan ediləcək.
Qeyd edək ki, aprelin 23-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama vermişdi.
“Hörmüz boğazına tam nəzarətimiz var. Heç bir gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan girə və ya çıxa bilməz”, – deyə Ağ Ev rəhbəri bildirmişdi. İranın sözügedən addımının buna cavab olaraq atıldığı deyilir.
Əliyar Xəlil
Globalinfo.az