Bu gün Cavanşir Məmmədovun vəfatından 2 il ötür.Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Əməkdar artist nəvəsi Rəfiqə sosial şəbəkə hesabında onun xatirəsini anıb.
O, babası ilə birgə çəkilmiş arxiv görüntülərini paylaşaraq duyğulu sözlər yazıb.
Rəfiqə paylaşımında Cavanşir Məmmədovu həm ailələri üçün əziz bir insan, həm də sevilən sənətkar kimi xatırladığını bildirib. O, mərhum ifaçının xatirəsinin hər zaman yaşayacağını vurğulayıb, onun üçün edilən duaların qiymətli olduğunu qeyd edib.
Xatırladaq ki, Cavanşir Məmmədov 2024-cü ildə qəfil ürəktutmasından vəfat edib.