Rəsmi Tehran Pakistan Ordusunun rəhbəri Asim Munirin Vaşinqtondan gətirdiyi yeni təklifləri nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının dərc edilən bəyanatında bildirilib.
“Pakistan ordusunun rəhbərinin danışıqlar prosesində vasitəçi kimi Tehrana gəlməsi fonunda amerikalılar yeni təkliflər irəli sürüblər. İran İslam Respublikası hazırda onları nəzərdən keçirir. Hələ cavab verilməyib”, – deyə bəyanatda vurğulanıb.
Əliyar Xəlil