1772308447 1763296327 netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla hərbi əməliyyatları bərpa etməsinə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İsrail Times” məlumat yayıb.

Bildirilib ki, Netanyahu Livanla danışıqlara baxmayaraq, “Hizbullah”a qarşı əməliyyatlara da razılıq verib.

Netanyahu qeyd edib ki, ABŞ-la sıx koordinasiya mövcuddur və Vaşinqton İsraili İranla bağlı proseslər barədə mütəmadi məlumatlandırır.

Baş nazirin sözlərinə görə, əsas hədəflərdən biri zənginləşdirilmiş uranın İrandan çıxarılması və ölkə daxilində uran zənginləşdirmə müəssisələrinin ləğv edilməsidir.

O əlavə edib ki, regionda strateji əhəmiyyət daşıyan əsas gəmiçilik boğazlarının yenidən açılması da prioritet məsələlər sırasındadır.

Tahir Turan
Globalinfo.az

Paylaş: