İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın hava limanında Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, pakistanlı generalın səfəri çərçivəsində regiondakı mövcud siyasi vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub.
Bundan əvvəl İranın dövlət teleradio şirkəti bildirib ki, Asim Munir Tehrana Vaşinqtondan göndərilən mesajı çatdırmaq və İran–ABŞ arasında planlaşdırılan növbəti danışıqların ikinci mərhələsinə hazırlıq məqsədilə gəlib.
Qeyd edək ki, tərəflər arasında mümkün danışıqların gündəliyi və əsas müzakirə mövzuları hələlik açıqlanmayıb.
Əliyar Xəlil