ABŞ-ın İranın xarici ölkələrdə dondurulmuş aktivlərinin açılmasına razılıq verdiyi barədə məlumat həqiqəti əks etdirmir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi CBS telekanalına bildirib.
***
ABŞ Qətərdə və digər ölkələrdə İrana məxsus dondurulmuş hesabların açılmasına razılaşıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın yüksək rütbəli adı açıqlanmayan rəsmisi “Reuters”ə bildirib.
Nəşr yazır ki, bu barədə İslamabadda ABŞ və İran rəsmiləri arasında keçirilən danışıqlarda razılıq əldə olunub. Mənbənin sözlərinə görə, aktivlərin dondurulması qərarının ləğvi birbaşa Hörmüz boğazından gəmilərin keçidinə icazə verilməsi ilə bağlıdır.
Ümumilikdə Vaşinqton və Tehran arasında danışıqların əsas mövzusunun Hörmüz boğazından maneəsiz keçid olduğu bildirilir.
İranın Qətərdə tam olaraq nə qədər aktivinin olduğu məlum deyil. Lakin mənbələrin sözlərinə görə, ABŞ bu vəsaitin 6 milyard dollarının Tehrana qaytarılmasına razılaşıb.
ABŞ və Qətər hökumətlərin sözügedən iddia ilə bağlı suallara hələlik cavab verməyib.
Qeyd edək ki, sözügedən aktivlər 8 il öncə dondurulub.
Əliyar Xəlil
Globalinfo.az