Iran 1 900x506 2

İran Pakistana hələ də arsenalında 15 min raket və 45 min dron olduğunu bildirərək geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin mənbələrinə istinadən verdiyi məlumatda qeyd olunub.

Mənbələr bu rəqəmlərin şişirdildiyini bildirirlər, lakin ABŞİsrail İslam Respublikasına qarşı hücumlar başlatdığı bir vaxtda Tehran sərt mövqeyini qorumağa davam edir.

Bu xəbərlər Trampın təhdidləri və ABŞ liderinin müəyyən etdiyi razılaşma üçün son tarixin sona yaxınlaşması fonunda yayılıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: