ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni təhdidləri fonunda neft qiymətləri yenidən artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.
“Bu gün səhərdən etibarən qiymətlər 1,31 dollar (1,19 faiz artım) artaraq bir barel üçün 111 dolları keçib.
Bu arada, Texasda istehsal olunan WTI xam neftinin müqavilələri 2,85 dollar (2,54 faiz artım) artıb. “NYMEX”ə görə, xam neftin qiyməti bir barel üçün 115,26 dollara yüksəlib”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az