İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın hərəkətləri nəticəsində Yaxın Şərqin tamamilə yanacağını bəyan edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın siyasəti regionu genişmiqyaslı münaqişəyə sürükləyir və bu, hər bir ailə üçün faciəvi nəticələr doğura bilər.
“Sizin düşünülməmiş addımlarınız ABŞ-ni hər bir ailə üçün əsl cəhənnəmə çevirir və bütün regionumuz yanacaq, çünki siz israrla Binyamin Netanyahunun göstərişlərini yerinə yetirirsiniz”, – deyə o, ABŞ administrasiyasına müraciətində bildirib.
Qalibaf əlavə edib ki, yeganə düzgün yol İran xalqının hüquqlarına hörmət göstərilməsi və təhlükəli oyuna son qoyulmasıdır.(Teleqraf)