İranın Tailanddakı səfirliyi ABŞ Prezidenti Donald Trampa yönəlmiş ironiyalı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında bildirilib.
“ABŞ prezidentinin yeniyetmə kimi and içməsinə baxanda, ABŞ gözləniləndən daha tez Daş dövrünə çatıb”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Tramp bir qədər əvvəl İranı hərbi zərbələrlə Daş dövrünə qaytaracağını açıqlamışdı.