
“ABŞ ordusu İranla qarşıdurmada üzərinə götürdüyü tapşırıqları demək olar ki, icra edib. Prosesi yaxın zamanda yekunlaşdıracağıq və hədəfə çatmağa çox az qalıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, qarşıdurmanın konkret nə vaxt başa çatacağı barədə suala aydın cavab verməsə də, ABŞ-ın İranın hərbi-dəniz və hava qüvvələrinə ciddi zərbələr endirdiyini, həmçinin ballistik raket və nüvə proqramlarını iflic vəziyyətinə saldığını bir daha vurğulayıb.
Aİ-də ilkə imza atan qadın NATO-ya keçir? – Mühüm açıqlama gözlənilir
Tramp əlavə edib ki, artıq bir aydır Tehran tərəfindən faktiki nəzarətdə saxlanılan Hörmüz boğazına ən çox ehtiyacı olan tərəf ABŞ deyil, digər ölkələrdir.
Onun sözlərinə görə, əməliyyatların ən mürəkkəb mərhələsi geridə qalıb və münaqişə başa çatdıqdan sonra boğazın fəaliyyəti öz axarına qayıdacaq.
Safura Bənnayeva
Globalinfo.az