İngiltərədə 16 yaşlı Luka Uokerin “ChatGPT”dən aldığı məsləhətdən sonra intihar etdiyi ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilib ki, hadisə 2025-ci ildə 4 mayda baş verib və dünən keçirilən məhkəmədə detallar bəlli olub.
“Məhkəmədə Uokerlə süni intellekt robotu arasındakı söhbətlərin transkriptləri paylaşılıb. Səs yazılarında Lukanın intiharla bağlı “sadəcə araşdırma apardığını” deyərək botun təhlükəsizlik filtrlərini keçdiyi və “ChatGPT”nin bunu etməyin “asan yollarını” sadaladığı ortaya çıxıb.
Keçən may ayında məktəbini dəyişən 16 yaşlı Luka Uoker yeni məktəbdə həmyaşıdlarının zorakılığına məruz qalıb və nəticədə psixoloji problemlər yaşayıb. Bu dövrdə özünü günahkar hiss edən gənc oğlan “ChatGPT” ilə söhbət etməyə və ondan məsləhət almağa başlayıb. O, 4 mayda ailəsinə məktəbə gedəcəyini deyərək evdən çıxıb və qatar stansiyasına gedərək özünü relslərə atıb”, – deyə qeyd olunub.
Robotdan aldığı “ölüm məsləhəti” ilə həyatına son qoyan Luka, telefonunda ailəsi üçün 14 fərqli vida mesajı qoyub.
Valideynləri oğullarının ruhi sağlamlıq problemlərindən xəbərsiz olduqlarını deyiblər. Hadisədən sonra “OpenAI” sözçüsü açıqlama verib:
“Biz “ChatGPT”nin zehni və ya emosional stress əlamətlərini tanımaq və onlara cavab vermək, insanları real həyatda dəstəyə yönəltmək təlimini təkmilləşdirməyə davam edirik”.
Əliyar Xəlil
Globalinfo.az